"Napoli" "Lill"in futbolçusu Conatan Devidi hədəfləyib.
“İki sahil” xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb.
İtaliya klubu artıq 25 yaşlı hücumçuya müqavilə təklif edib. Kanada millisinin oyunçusu hazırkı mövsümün sonunda Fransa klubu tərk etmək niyyətindədir. Buna görə də Neapol təmsilçisi onu azad agent statusunda əldə etmək istəyir.
Qeyd edək ki, Conatan Devid bu mövsüm "Lill"in heyətində 48 oyuna çıxaraq 25 qol vurub və 12 qolun ötürməsini edib.