11 may 2025 16:00
165

"Sevilya" azarkeşləri klubun bazasına hücum etdilər

"Sevilya" azarkeşləri komandanın son uğursuz çıxışlarından hiddətləniblər.

“İki sahil” xəbər verir ki, İspaniya La Liqasının 35-ci turunda "Sevilya"nın səfərdə "Selta"ya məğlub olması (2:3) qonaq komandanın fanatlarıı özündən çıxarıb.

Yüzlərlə azarkeş klubun bazasının qarşısında toplaşıb və komanda avtobusu bazaya gələrkən onu yumurta atəşinə tutublar. Futbolçuları təhqir edən və avtobusa hücum etmək istəyən kütləni polis havaya rezin güllələr atmaqla dağıdıb.

Bir qrup azarkeş klubun bazasının hasarını sındıraraq, içəri keçməyə cəhd göstərib. 

Qeyd edək ki, "Sevilya" La Liqada 38 xalla 16-cı yerdə qərarlaşıb. Komanda artıq 8 oyundur ki, qələbə qazana bilmir.