11 may 2025 12:01
163

“İMZA”nın rəhbər heyəti, kollektivin üzvləri və könüllüləri Ümummilli Liderin məzarını ziyarət ediblər - FOTO

“İMZA” - Sosial İnkişafa Dəstək İctimai Birliyinin rəhbər heyəti, kollektivin üzvləri və könüllüləri Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə Fəxri xiyabanda Ümummilli Liderin məzarını ziyarət ediblər.

“İki sahil” xəbər verir ki,  görkəmli dövlət xadimi Heydər Əliyevin azərbaycançılıq məfkurəsini, Vətənə və millətə xidmət ideallarını özü üçün əsas ideoloji xətt olaraq müəyyənləşdirmiş “İMZA”çıların adından böyük siyasətçinin məzarı önünə əklil və gül dəstələri qoyulub. Müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin əziz xatirəsi ehtiramla anılıb.