Azərbaycan Hindistanla Pakistan arasında elan edilmiş atəşkəsi alqışlayır.
“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycan Xariic İşlər Nazirliyindən bildirilib.
Qeyd olunub ki, bu atəşkəsin regionda gərginliyin azaldılmasına, eləcə də davamlı sülh və sabitliyin bərqərar olmasına töhfə verəcəyinə ümidvarıq.
"Tərəfləri mövcud məsələlərin həlli istiqamətində və qarşılıqlı etimadın yaradılmasına yönəlmiş məhsuldar dialoqa çağırırıq", – bəyanatda vurğulanıb.