10 may 2025 19:00
84

MPL: “Zirə”yə uduzan “Səbail” I Liqaya yuvarlandı

Misli Premyer Liqasının 34-cü turunda “Səbail” “Zirə”ni qəbul edib.

İki sahil”in məlumatına görə, yarışda yeganə qolu 90+1-ci dəqiqədə Davit Volkov vurub.

Bununla da “Zirə” minimal hesablı qələbəni təmin edib.

Bu nəticə ilə sona iki tur qalmış “Səbail”in I Liqaya yuvarlandığı rəsmiləşib.

Misli Premyer Liqası,

34-cü tur

10 may (şənbə)

17:00. “Səbail” 0-1 “Zirə”

Qol: Davit Volkov, 90+1

Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Kərim Zeynalov, Elvin Bayramov

VAR: Kamal Umudlu

AVAR: Elşad Abdullayev

“ASCO Arena”

Məhərrəm Ağalaroğlu, “İki sahil”