10 may 2025 17:01
90

Merts Putinlə mümkün görüşünün şərtini açıqlayıb

Almaniya kansleri Fridrix Merts Ukraynada müharibənin dayandırılmasına kömək edəcəyi təqdirdə, Rusiya Prezidenti Vladimir Putinlə görüşməyə hazırdır.

“İki sahil” xəbər verir ki, bu barədə “RBK-Ukrayna” “Bild”ə istinadən məlumat yayıb.

"Əgər ehtiyac yaranarsa, əgər bu müharibəyə son qoymağa kömək edərsə, mən bir çox şeyə hazıram", - o bildirib.

F.Mertsin sözlərinə görə, ilk növbədə Ukraynada atəşkəsə nail olmağa diqqət yetirmək lazımdır.