10 may 2025 18:30
93

Kreml Rusiyaya qarşı Aİ bəyanatlarını qarşıdurma xarakterli hesab edir

Moskva Avropanın Rusiya ilə münasibətləri canlandırmaq istəyini müşahidə etmir.

“İki sahil” "İnterfaks"a xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

"Biz Avropadan çox ziddiyyətli bəyanatlar eşidirik. Onlar ümumiyyətlə münasibətlərimizi canlandırmaq cəhdlərinə yönəlmiş xarakterdən daha çox qarşıdurma xarakteri daşıyır", - D.Peskov jurnalistlərə deyib.

Onun sözlərinə görə, Rusiya əməkdaşlığa maraq göstərən ölkələrlə bütün istiqamətlərdə münasibətləri inkişaf etdirəcək.

Bununla yanaşı, Peskov hesab edir ki, Rusiya kimi böyük bir ölkəni təcrid etmək çox çətindir.