"Qətiyyətlilərin koalisiyası" Ukrayna üçün hərbi kontingentin göndərilməsi təklifini hazırlayır.
“İki sahil” xəbər verir ki, bunu "koalisiya"nın iclasında Fransa Prezidenti Emmanuel Makron bildirib.
"Uzunmüddətli sülh real beynəlxalq təhlükəsizlik zəmanətləri tələb edir. Buna görə də biz koalisiyamızı gücləndiririk, mart təkliflərinə uyğun olaraq kontingentin formalaşdırılması üzrə təklif hazırlayırıq. Bu iş tərəfdaşlarla gündəlik aparılır", - o vurğulayıb.