ABŞ-nin Milli Qadınlar Futbol Liqası (NWSL) təmsilçisi "Angel Siti"nin üzvü Savanna Kinq "Yuta" ilə oyun zamanı huşunu itirib.
“İki sahil” "Reuters"ə istinadən xəbər verir ki, hadisə ikinci hissənin sonunda yaşanıb.
Yerə yıxılan 20 yaşlı futbolçuya ürək masajı tətbiq edilib və o, özünə gəldikdən sonra xəstəxanaya aparılıb. Klub sosial şəbəkə hesablarında futbolçunun yaxın vaxtlarda əlavə müayinədən keçəcəyini açıqlayıb.
Bir neçə dəqiqəlik fasilədən sonra davam edən matç "Angel Siti"nin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, S.Kinq ABŞ-nin 17 və 20 yaşadək qadınlardan ibarət komandalarında çıxış edib.