10 may 2025 15:46
95

“Kəpəz”in rəhbəri dəyişdi

“Kəpəz” futbol klubuna yeni rəhbər seçilib. 

“İki sahil” xəbər verir ki, klubun mətbuat xidmətinin yaydığı açıqlamada bildirilib ki, "Kəpəz" PFK İctimai Birliyinin İdarə Heyətinin iclası keçirilib.

Namiq Qədirov İdarə Heyətinin yeni sədri seçilib. İdarə Heyətinə üzv seçilən Fərman Əlizadə sədrin idarəçilik məsələləri, Erkin İbrahimov isə idman məsələləri üzrə müşaviri təyin olunub.  

İdarə Heyətinin sədri və üzvləri Məşq Mərkəzi və “Kəpəz” Futbol Akademiyası ilə tanış olublar. Əsas komandanın məşqçilər korpusu və futbolçularla görüşüblər. Onlar həmçinin məşq prosesini izləyiblər.

Yeni rəhbər Namiq Qədirovun iş adamı olduğu bildirilir.