Yeni Azərbaycan Partiyasının təşəbbüsü ilə Tərtər rayonunun Qaradağlı kəndində 200 ailəyə texniki su çəkilib.
“İki sahil” xəbər verir ki, açılış mərasimində Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Milli Məclisin deputatı Anar Məmmədov, YAP Tərtər Rayon Təşkilatının sədri Eldar Əsədov, şəhid ailələrinin üzvləri, qazilər, rayon ağsaqqalları və ziyalıları iştirak edib.
Anar Məmmədov su çəkilişi münasibətilə sakinləri təbrik edib, son illər respublikanın iri şəhər və rayon mərkəzləri ilə yanaşı, kənd və qəsəbələrin də su təchizatının yaxşılaşdırılması istiqamətində təxirəsalınmaz tədbirlərin həyata keçirildiyini vurğulayıb.
Keçirilən mərasimdə çıxış edən şəhid ailələri və kənd sakinləri onların sosial problemlərinin həllinə göstərdiyi diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıqlarını bildiriblər.
Açılış mərasimindən sonra millət vəkili Anar Məmmədov və Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Qaradağlı kəndindən şəhid olan Aslan Hüseynovun ailəsinin yaşadığı evdə olublar.
Medianın İnkişafı Agentliyinin Müşahidə Şurasının ilin yekunlarına dair iclası keçirilib
Aqrar Xidmətlər Agentliyi tərəfindən ölkə ərazisində heyvan sağlamlığının təmin olunması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir
Ayaqqabıları hazırlayan pinəçi də istintaqa dəvət olunub - DİM DETALLARI AÇIQLADI