09 may 2025 16:09
118

DİN əməkdaşları Heydər Əliyevin xatirəsini yad ediblər

Daxili İşlər Nazirliyinin əməkdaşları Heydər Əliyevin xatirəsini ehtiramla yad ediblər.

“İki sahil” xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.

Bildirilib ki, mayın 10-da xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasından 102 il ötür. Bu münasibətlə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin əməkdaşları Fəxri xiyabanda müstəqil dövlətimizin memarı, Ümummilli Lider Heydər Əliyevin xatirəsini ehtiramla yad ediblər.