Mayın 4-də Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Küləyə qalib gəl” şüarı altında keçirilən Bakı Marafonu 2025 uğurla yekunlaşdı.
“İki sahil” xəbər verir ki, 2016-cı ildən bəri təşkil edilən marafon ölkəmizdə sağlam həyat tərzinin təbliği, idmanın inkişafına dəstəyin artırılması və geniş ictimaiyyətin idman tədbirlərinə cəlb edilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası, Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyası və Naxçıvan MR Həmkarlar İttifaqları Şurasının ümumilikdə 40 təmsilçisi marafonda iştirak edərək böyük motivasiya və güc nümayiş etdirdi.
Yarışda AHİK-in üzvü Əmrah Nağıyev Bakı Marafonunda ümumi nəticədə 6-cı, azərbaycanlılar arasında isə 1-ci yer tutub.