15 oktyabr 2026 10:34
110

DÇ-nin son hazırlığına start verilib

Yunan-Roma güləşi üzrə millimiz dünya çempionatının son hazırlıq prosesinə başlayıb.

Baş məşqçi Məhəmməd Bəna, məşqçilər Bəhruz Həzrətipur və Rəsul Cəzininin rəhbərliyi altında keçirilən hazırlıq prosesində taktiki-texniki məşqlər və rəqiblərin təhlilinə yer ayrılacaq.

Təlim-məşq toplanışına cəlb olunan güləşçilərin siyahısı:

  • 55 kq: Eldəniz Əzizli, Emin Cavadlı
  • 60 kq: Murad Məmmədov, Nihad Quluzadə 
  • 63 kq: Nihat Məmmədli, Tural Əhmədov
  • 67 kq: Həsrət Cəfərov, Məhəmməd Qasımzadə
  • 72 kq: Ülvü Qənizadə, Fəraim Mustafayev
  • 77 kq: Sənan Süleymanov, Davud Məmmədov, Cavidan Nehmətov
  • 82 kq: Qurban Qurbanov
  • 87 kq: İslam Abbasov, Laçın Vəliyev, Emil Abasov
  • 97 kq: Murad Əhmədiyev
  • 130 kq: Sərxan Məmmədov, Beka Kandelaki 

Qeyd edək ki, Qazaxıstanın paytaxtı Astanada keçiriləcək mundialda yunan-Roma güləşi üzrə yarış 24-27 oktyabrda baş tutacaq.