04 may 2025 10:26
102

Milli Məclisin sədri Türkiyə Böyük Millət Məclisinin sədrinə başsağlığı məktubu ünvanlayıb

Milli Məclisin sədri Sahibə Qafarova Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuşa TBMM-in sədr müavini Sırrı Sürəyya Öndərin vəfatı ilə əlaqədar başsağlığı məktubu ünvanlayıb.

“İki sahil” xəbər verir ki,  bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Məktubda Milli Məclisin sədri mərhumun ailəsinə və yaxınlarına, TBMM-in üzvlərinə şəxsən öz adından və Milli Məclisin deputatları adından başsağlığı verib, mərhuma Allahdan rəhmət diləyib.