03 may 2025 16:04
151

Beyləqanda Şahmat idman növü üzrə turnir keçirildi

“Konstitusiya və Suverenlik İli” çərçivəsində 03 may 2025-ci il tarixdə Beyləqan Uşaq Gənclər-İdman Şahmat məktəbində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatının və Beyləqan Uşaq Gənclər-İdman Şahmat məktəbinin birgə təşkilatçılığı ilə yeniyetmələr arasında Şahmat idman növü üzrə turnir keçirildi.

“İki sahil” xəbər verir ki, turnirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və Vətənimizin bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

YAP Beyləqan rayon təşkilatının sədri Müşfiq Səfərov tədbirdə çıxış edərək bildirdi ki, turnir Azərbaycanda şahmatın indiki səviyyəyə çatmasında müstəsna xidmətləri olmuş Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinə həsr edilib.   Müşfiq Səfərov qeyd etdi ki, Azərbaycana rəhbərlik etdiyi uzun illər ərzində Ümummilli Lider idmanın inkişafına daim böyük qayğı göstərib və məhz onun təşəbbüsü ilə respublikamızın şəhər və rayonlarında çoxsaylı uşaq-gənclər şahmat məktəbləri istifadəyə verilib. Sevindirici haldır ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan gənclərə, idmana, şahmata olan yüksək diqqət və qayğı bu gün Möhtərəm Prezident İlham Əliyev cənabları tərəfindən uğurla davam etdirilir.

Sonda YAP Beyləqan rayon təşkilatının sədri Müşfiq Səfərov qalibləri, onların müəllim və məşqçilərini, tədbirdə iştirak edən valideynləri təbrik edərək onlara ən xoş arzularını bildirdi.

Turnirdə müxtəlif yaş qrupları üzrə 1-ci, 2-ci, və 3-cü yerləri  tutan şahmatçılara diplom və medallar təqdim edildi.