29 aprel 2025 12:03
101

DSMF-nin fəaliyyət sahələri üzrə 125 mindən çox vətəndaş müraciəti qeydə alınıb

Bu ilin yanvar-mart ayları ərzində Dövlət Sosial Müdafiə Fondunun fəaliyyət istiqamətləri üzrə ümumilikdə 125 min 457 vətəndaş müraciəti qeydə alınıb.

Bu barədə "İki sahil"ə Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidmətindən məlumat verilib.

Qeyd edilib ki, müraciətlərdən 50 min 893-ü pensiya, 30 min 26-sı müavinət, 4 min 248-i Prezident təqaüdü, 26 min 598-i ünvanlı dövlət sosial yardımı, 3 min 53-ü fərdi uçot və sosial sığorta, 486-sı dövlət icbari şəxsi sığorta və 10 min 153-ü isə digər sahələrlə bağlı olub.