29 aprel 2025 16:50
133

ATİAHİ Respublika Komitəsində "Egitim-Bir-Sen"in rəhbərliyi ilə görüş keçirilib

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı (ATİAHİ) Respublika Komitəsində Ümumdünya Əməyin Mühafizəsi Günü və ilk kollektiv müqavilənin 120 illiyinə həsr olunmuş “Rəqəmsallaşma və süni intellektin iş yerlərinə təsiri” mövzusunda keçirilən konfransda iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan Türkiyənin "Egitim-Bir-Sen" Təhsil İşçiləri Birliyinin sədr müavini Məsut Önər və beynəlxalq əlaqələr üzrə koordinatoru Qazi Doğanla görüş keçirilib.

“İki sahil” xəbər verir ki, görüş zamanı qarşılıqlı təcrübə mübadiləsi, gələcək əməkdaşlıq perspektivləri, eləcə də müasir texnologiyaların və rəqəmsallaşmanın əmək münasibətlərinə təsiri ilə bağlı fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, Məsut Önər və Qazi Doğan Ümumdünya Əməyin Mühafizəsi Günü və ilk kollektiv müqavilənin 120 illiyinə həsr olunmuş “Rəqəmsallaşma və süni intellektin iş yerlərinə təsiri” mövzusunda keçirilən konfransda iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olublar.