27 aprel 2025 20:45
127

ABŞ administrasiyası KXDR ilə dialoqun bərpasını müzakirə edir

ABŞ Prezidenti Donald Trampın administrasiyası Şimali Koreya ilə potensial dialoqun bərpası məsələsini müzakirə edir.

“İki sahil” xəbər verir ki, bu barədə Axios portalı mənbələrə istinadən məlumat yayıb.

Qeyd edilib ki, amerikalı rəsmilər kənar ekspertlərlə məsləhətləşir və Şimali Koreya lideri Kim Çen Inla əlaqələrin yenidən qurulması yollarını nəzərdən keçirirlər.

"Son dörd ildə çox şey dəyişib. Biz mümkün yolları, o cümlədən qarşılıqlı əlaqə imkanlarını qiymətləndirir, diaqnostika edir və müzakirə edirik", – deyə portal yüksək rütbəli ABŞ rəsmisinin sözlərini sitat gətirib.