28 aprel 2025 01:35
120

Kanada avtomobil izdihamın üzərinə çırpılıb, 11 nəfər ölüb

Kanadada küçə festivalı zamanı avtomobilin izdihamın üzərinə çırpılması nəticəsində ölənlərin sayı 11-ə çatıb.

“İki sahil”in məlumatına görə, bu barədə Kanadanın Vankuver şəhər polisi "X" sosial şəbəkəsində yazıb.

"Lapu-Lapu festivalında baş verən hadisədə 11 nəfər həlak olub", - deyə bildirilib.

Bundan əvvəl Kanadanın baş naziri Mark Karni festivalda baş vermiş insidentdən sonra ictimai təhlükəsizliyə heç bir təhlükə olmadığını bildirmişdi. O, 20-dən çox insanın yaralandığını qeyd edib.