28 aprel 2025 01:17
122

Türkiyədə mikroavtobus qəzası nəticəsində onlarla sərnişin xəsarət alıb

Türkiyədə mikroavtobus qəzası nəticəsində onlarla sərnişin xəsarət alıb.

“İki sahil” yerli mətbuata istinadən xəbər verir ki, Elazığ-Diyarbəkir magistral yolunda mikroavtobusun aşması nəticəsində sürücü də daxil olmaqla 22 nəfər xəsarət alıb.

Hadisə yerinə təcili yardım, polis, jandarm və xilasedicilər cəlb olunub.

Yaralılar təcili yardım maşınıyla xəstəxanalara aparılıb.