Vaşinqton Kiyevə kibertəhlükəsizlik yardımını kəsib, mütəxəssislər üçün müqavilələr ləğv edilib, müvafiq avadanlıq Ukraynaya çatdırılmayıb.
“İki sahil” xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumatlı mənbələrə istinadən xəbər verib.
Bildirilib ki, Ukrayna və ABŞ-də yaşayan ölkə daxilində yüzlərlə obyektdə kibertəhlükəsizlik üzrə texniki yardım göstərən onlarla insanla müqavilələr ləğv edilib və ya dayandırılıb.
Bundan başqa, Ukrayna infrastrukturunun təhlükəsizliyini təmin etmək üçün nəzərdə tutulan kompüter avadanlığı və proqram təminatı da çatdırılmayıb.