ABŞ-yə idxal üzrə tariflərin artırılmasının dayandırılması çətin ki, daha 90 gün uzadılsın.
“İki sahil” “İnterfaks”a istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.
"Bunun ehtimalı azdır. Biz sövdələşmələr əldə edəcəyik. Başqa sözlə, sadəcə, tarif müəyyən edəcəyik və o, çox ağlabatan olacaq", - ABŞ Prezidenti qeyd edib.
D.Tramp bir daha vurğulayıb ki, Pekin əvəzində "əhəmiyyətli bir şey" təklif etməsə, Çinə tətbiq edilən tarifləri azaltmayacaq.
Qeyd edək ki, aprelin 9-da Tramp məsələ ilə bağlı dialoq istəyən 75-dən çox ölkəyə qarşı idxal rüsumlarının artırılmasını 90 gün müddətinə dayandırmaq barədə qərar qəbul edib.