24 aprel 2025 13:16
273

Çinin aparıcı telekommunikasiya şirkətləri ABŞ Konqresinə çağırılıb

ABŞ Nümayəndələr Palatasının Çinlə Rəqabət üzrə Seçmə Komitəsi Çinin üç ən böyük telekommunikasiya şirkəti olan China Mobile, China Telecom və China Unicom-un nümayəndələrini ifadə verməyə çağırıb.

“İki sahil” xəbər verir ki,  bu barədə Reuters əldə etdiyi məlumatlara istinadla məlumat yayıb.

Konqresmenlər şirkətlərdən onların bulud və digər internet xidmətlərinin Amerika istifadəçilərinin məlumatlarına girişdən sui-istifadə edə biləcəklərini soruşmağı planlaşdırır.

Şirkətlər mayın 7-dək məlumat verməlidirlər.