Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alan kursantların valideynləri ilə görüş təşkil edilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, valideynlər Hərbi Liseyin komandanlığı ilə birlikdə kursantların yataq otaqları, tədris sinifləri, yeməkxana, kitabxana, tibb məntəqəsi və başqa bölmələrə baxış keçirib, əşya, ərzaq, tədris vəsaitləri və digər təminat növləri ilə yaxından tanış olublar.
Məktəblə tanışlıqdan sonra valideynlərlə keçirilən toplantıda təhsil ocağının yaranma tarixi və fəaliyyəti barədə ətraflı məlumat verilib.
Valideynlər məktəbdə yaradılan yüksək səviyyəli şəraitə görə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə və Müdafiə Nazirliyinin rəhbərliyinə dərin minnətdarlıq ifadə edərək keçirilmiş tədbirdən məmnun qaldıqlarını bildiriblər.
Sonda Cəmşid Naxçıvanski adına Hərbi Liseyin hərbi orkestri, Silahlı Qüvvələrin Mahnı və Rəqs Ansamblının təqdim etdikləri konsert proqramı tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin 13-cü üçtərəfli görüşü keçirilib
Anar Eyvazov: "Birliyin Gücü – 2026" birgə hərbi təlimində 3570 nəfərdən çox hərbçi iştirak edir
Azərbaycan – Rusiya arasında hərbi sahədə əlaqələrin inkişaf istiqamətləri müzakirə olunub