"Liverpul"un müdafiəçisi Trent Aleksander-Arnoldun yayda "Real"a keçəcəyi gözlənilir.
“İki sahil” xəbər verir ki, Madrid təmsilçisi futbolçunun transferi ilə bağlı İngiltərə klubu ilə razılığa gəlib.
Bununla bağlı yayılan xəbərlər "Liverpul" azarkeşlərinin mənfi reaksiyası ilə qarşılanıb. Azarkeşlərdən biri sosial şəbəkələrdə futbolçunun formasını yandırdığı video paylaşıb.
Qeyd edək ki, Trent Aleksander-Arnold "Liverpul"un yetirməsidir və 2016-cı ilin yayından əsas heyətdə çıxış edir. Onun müqaviləsi mövsümün sonunda başa çatır.
Azərbaycan gimnastları IV Avropa Oyunlarına bir neçə növdə lisenziya qazanıblar
SABAHIN ULDUZLARI” BAKI KUBOKUUĞRUNDA YARIŞ U-15 YAŞ QRUPUNDA 11-ci TURA YEKUN VURULUB