“Barselona”nın hücumçusu Rafinya Yaponiya ilə oyunda qırmızı vərəqə alıb. Sinqapurla matçı buraxacaq futbolçu buna baxmayaraq Braziliya millisinin düşərgəsini tərk etməyib.
“İki sahil” xəbər verir ki, 29 yaşlı futbolçu klubuna vaxtından əvvəl qayıtmaq əvəzinə, komanda ilə birlikdə toplanışın sonuna qədər qalmağa qərar verib.
“Sport” nəşrinin məlumatına görə, Rafinya kapitan kimi komanda yoldaşlarına nümunə olmaq və toplanışı kollektivlə birlikdə başa vurmaq istəyib. Bu qərarı Braziliya millisinin baş məşqçisi Karlo Ançelotti də təsdiqləyib.
Qeyd edək ki, Braziliya millisi Sinqapurla görüşdə 7:0 hesablı qələbə qazanıb.
Azərbaycanın dörd boksçusu U-23 Avropa çempionatında növbəti mərhələyə yüksəlib