Martın 23-də Gürcüstanın paytaxtı Tbilisi şəhərində keçirilən "Böyük Dəbilqə" turnirinin üçüncü günündə bir cüdoçumuz tatamiyə çıxacaq.
“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyası məlumat yayıb.
Qeyd edilib ki, kişilər arasında -100 kq çəki dərəcəsində Elmar Qasımov mübarizə aparacaq.
Turnirin təsnifat mərhələsinin görüşlərini 11:00-dan canlı olaraq judotv.com saytından, final blokunu isə 17:00-dan etibarən İdman TV-dən izləyə bilərsiniz!