Avropa Komissiyasının sədri Ursula von der Lyayen hakimiyyətini itirə və Avropa siyasətində ikinci dərəcəli rola düşə bilər.
“İki sahil” xəbər verir ki, bu barədə “Bild” qəzeti yazıb.
Nəşr qeyd edir ki, von der Lyayen tez-tez "Avropanın ən güclü qadını" adlandırılır. Bununla belə, “Bild” hesab edir ki, o, gələcəkdə ikinci plana düşə bilər. Qəzet vurğulayır ki, Brüssel Ukrayna məsələsində təşəbbüsü itirməyə başlayıb.
Çoxları Aİ-nin başında ABŞ prezidenti Donald Trampın administrasiyasının hesablaşmaq məcburiyyətində qalacağı bir şəxsi görmək istəyir.
Nəşr qeyd edir ki, von der Lyayen öz çıxışına başlayanda ABŞ-ın vitse-prezidenti Cey Di Vens Parisdə süni intellektə həsr olunmuş sammiti sadəcə tərk edib.
Məhərrəm Ağalaroğlu, “İki sahil”