İngiltərə Premyer Liqasında fevral ayının ən yaxşı futbolçusu müəyyənləşib.
“İki sahil” xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
Ötən ayın ən yaxşı "Liverpul"un hücumçusu Məhəmməd Salah seçilib. O, fevral ayında komandası üçün 5 qol vurub.
Qeyd edək ki, 32 yaşlı forvard 2017-ci ildən "mersisaydlılar"da oynayır.