“Belə bir məsuliyyətli işi mənə etibar etdikləri üçün sevincliyəm”.
“İki sahil” xəbər verir ki, bu sözləri 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının yeni baş məşqçisi Ayxan Abbasov AFFA-nın rəsmi saytına açıqlamasında deyib.
O, bir azərbaycanlı olaraq ölkənin ikinci komandasında işləməyin şərəfli iş olduğunu bildirib: “Üzərimizə çox böyük iş düşür. Bunun öhdəsindən gəlməyə çalışacağıq. Əsas məqsədlərimizdən biri yeni gənc oyunçuların üzə çıxarılması və A millimizə namizəd olmasıdır. İlk növbədə böyük seleksiya işi aparıb, qarşıdakı oyunlara hazırlaşacağıq”.
Qeyd edək ki, U-21 millimizin yeni baş məşqçisi Ayxan Abbasovla müqavilənin müddəti 2 illik nəzərdə tutulub.