14 mart 2025 13:49
106

Aşağı yaş qruplarından ibarət futbol millilərində baş məşqçi təyinatları gerçəkləşib

Aşağı yaş qruplarından ibarət Azərbaycan millilərinin baş məşçqiləri açıqlanıb.

“İki sahil” xəbər verir ki, bu barədə AFFA İcraiyyə Komitəsinin iclasında qərar qəbul edilib.

Baş katib Cahangir Fərəcullayev aşağı yaş qrupları üzrə Azərbaycan milli komandalarının baş məşqçi postuna namizədlərlə bağlı məlumat verib. 21 yaşlılardan ibarət milli komandanın baş məşqçisi vəzifəsinə Ayxan Abbasov təyin olunub. Onunla müqavilənin müddəti 2 illik nəzərdə tutulub.

Adları aşağıda göstərilmiş məşqçilər isə müvafiq yaş qruplarından ibarət milli komandaların baş məşqçiləri təyin olunublar:

Elxan Abdullayev - Azərbaycan U-19

İlham Yadullayev - Azərbaycan U-18 (2008-ci il təvəllüdlülər)

Aqil Nəbiyev – Azərbaycan U-17 (2009-cu il təvəllüdlülər)

Onların hər biri ilə 2025-ci ilin sonuna kimi müqavilə imzalanıb.