İranda cəmiyyətin dincliyini və asayişi pozan qanunsuz toplantıların təşkilatçıları cəzalandırılacaq.
“İki sahil” İRNA-ya istinadla xəbər verir ki, bunu İran hökumətinin sözçüsü Fatimə Mühacirani martın 12-də jurnalistlərə açıqlamasında bildirib.
Sözçü son günlər İranda keçirilən toplantılara Daxili İşlər Nazirliyinin münasibətindən bəhs edərək deyib: “Daxili İşlər Nazirliyi bununla bağlı bəyanat yayıb. Bildirib ki, qanunsuz toplantıların təşkilatçıları, cəmiyyətdə sabitliyi və asayişi pozanlar mütləq cəzalarını alacaqlar”.
Qeyd edək ki, son günlər İranda sosial tələblərlə müxtəlif etiraz aksiyaları keçirilib.