Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Böyük Britaniyanın Müdafiə Nazirliyində dövlət naziri Vernon Kokerlə görüşüb.
“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycanın Birləşmiş Krallıqdakı səfiri Elin Süleymanov sosial şəbəkədə bildirib.
“Birləşmiş Krallığın Müdafiə Nazirliyində Azərbaycan Prezidentinin köməkçisini səmimi qəbul etdiyiniz üçün təşəkkür edirik, cənab nazir!”, – diplomat yazıb.
Qeyd edək ki, Böyük Britaniyanın Müdafiə Nazirliyində dövlət naziri ölkənin müdafiə siyasətinin müəyyən aspektləri üçün məsul olan yüksəkprofilli siyasi vəzifəli şəxsdir. O, Müdafiə Nazirliyinin tərkibində işləyir və müdafiə nazirinə dövlət strategiyalarının həyata keçirilməsində, habelə təhlükəsizlik və müdafiə sahəsində əsas qərarların qəbul edilməsində yardımçı olur.
Xatırladaq ki, daha əvvəl Hikmət Hacıyev krallığın bir sıra yüksəkvəzifəli rəsmi şəxsləri ilə görüşmüş, Azərbaycan – Britaniya ikitərəfli əməkdaşlığının dərinləşdirilməsini müzakirə etmişdi.
Son 80 il ərzində Azərbaycan dövləti və xalqı qədər heç bir dövlət, heç bir xalq buna oxşar Qələbə qazanmayıb
Prezident: Hər dəfə keçmiş köçkünlər öz dədə-baba torpaqlarına qayıdanda hamımız üçün bayramdır
Prezident İlham Əliyev: Son 5-6 il ərzində xalqımız haqlı olaraq qürur hissi ilə yaşayır
Azərbaycan Prezidenti: Dövlətimiz güclüdür, Ordumuz güclüdür, iradəmiz yerindədir