Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) ölkənin digər bölgələrində olduğu kimi, Naxçıvan Muxtar Respublikasının da bütün ümumi təhsil müəssisələrinin 11-ci sinfini bitirən şagirdləri üçün buraxılış imtahanı keçirib.
Muxtar respublikanın Təhsil Nazirliyinin mətbuat xidmətindən “İki sahil”ə bildirilib ki, imtahan Naxçıvanın bütün bölgələrini əhatə etməklə 17 binada keçirilib. İmtahan saat 11:00-da başlanıb və 3 saat davam edib.
İmtahanda ümumilikdə 3 min 978 abituriyent iştirak edib. İmtahanın idarə olunmasına 52 imtahan rəhbəri, 407 nəzarətçi cəlb olunub.
Leyla Əliyeva, Arzu Əliyeva və Alena Əliyeva “Təmiz Dünya” sığınacağında yaşayan uşaqların bayram sevincinə şərik olublar
Leyla Əliyeva, Arzu Əliyeva və Alena Əliyeva Bakı şəhəri 5 nömrəli internat tipli xüsusi ümumtəhsil məktəbində olublar