Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının tərkibində dəyişiklik ediləcək.
“İki sahil” xəbər verir ki, bununla bağlı məsələ Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 2026-cı il yaz sessiyasının aprelin 10-da keçiriləcək beşinci iclasının gündəliyinə daxil edilib.
Belə ki, iclasda “Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının tərkibində dəyişiklik edilməsi barədə” Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qərar layihəsi müzakirə ediləcək.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının yeni tərkibi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 16 noyabr 2024-cü il tarixli iclasında təsdiq edilib və komissiya 7 üzvdən – Çingiz Həsənli, Ramil Orucəliyev, Orxan Bağırov, Asim Əliyev, Elşən Heydərli, Məlahət Rüstəmova və Nicat Yaqubovdan ibarət formalaşdırılıb. Sonradan keçirilən ilk iclasında Ç.Həsənli komissiyanın sədri, R.Orucəliyev sədr müavini, O.Bağırov isə katib seçilib.
Bu ilin 10 ayında əlilliyi olan 130 minədək şəxsə reabilitasiya xidmətləri göstərilib
Xəzərin Azərbaycan sahilboyu ərazilərinin idarə edilməsi Əmlak Məsələləri Dövlət Xidmətinə həvalə olunub