Mübarək Ramazan ayında Mərakeş Krallığının paytaxtı Rabatda Azərbaycan səfirliyinin təşkilatçılığı ilə 750 nəfər həssas təbəqədən olan insanlar üçün iftar süfrəsi təşkil edilib.
“İki sahil” xəbər verir ki, tədbirdə səfirin və digər diplomatların ailə üzvləri, diaspora nümayəndələri və Mərakeş Skaut Təşkilatının üzvləri bir araya gələrək, bu mühüm hadisəyə qatılıblar.
İftar süfrəsinin hazırlanmasında iştirakçılar böyük həvəslə kömək edərək, həmrəylik və mərhəmət nümunəsi göstəriblər. Uşaqlar da bu gözəl tədbirdə iştirak edərək, süfrənin hazırlanmasına dəstək olublar.
Bu iftar süfrəsi 3-4 gün ərzində davam edəcək və Ramazan ayının ruhuna uyğun olaraq cəmiyyətin müxtəlif təbəqələri arasında birlik və qarşılıqlı dəstəyi gücləndirəcək.
Qeyd edək ki, Azərbaycan səfirliyi Mərakeşdə müxtəlif xeyriyyə və mədəniyyət tədbirləri ilə ölkəmizin dəyərlərini və ənənələrini tanıtmağa davam edir. Belə təşəbbüslər, Azərbaycan ilə Mərakeş arasında mədəni və humanitar əlaqələrin möhkəmləndirilməsinə xidmət etməklə yanaşı, ölkəmizin humanist dəyərlərinin beynəlxalq miqyasda tanıdılmasına da töhfə verir.
Son 80 il ərzində Azərbaycan dövləti və xalqı qədər heç bir dövlət, heç bir xalq buna oxşar Qələbə qazanmayıb
Prezident: Hər dəfə keçmiş köçkünlər öz dədə-baba torpaqlarına qayıdanda hamımız üçün bayramdır
Prezident İlham Əliyev: Son 5-6 il ərzində xalqımız haqlı olaraq qürur hissi ilə yaşayır
Azərbaycan Prezidenti: Dövlətimiz güclüdür, Ordumuz güclüdür, iradəmiz yerindədir