Azərbaycanın dövlət müstəqilliyinin bərpası gününü böyük qurur və sevinclə qeyd edirik. Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq birgə gələcəyimizin təminatıdr.
“İki sahil” xəbər verir ki, Türkiyənin Böyük Birlik Partiyasının (GUP) sədri Mustafa Destici Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 35-ci ildönümü münasibətilə açıqlama verib.
Siyasətçi bildirib ki, 18 oktyabr 1991-ci il tarixində Azərbaycan xalqı bütün dünyaya müstəqillik iradəsinin sarsılmaz olduğunu nümayiş etdirib.
“Bütün təzyiqlərə və əzablara baxmayaraq, Azərbaycan vətəndaşları müstəqillik iradəsindən əl çəkməyiblər”, - deyən GUP lideri, Türkiyə ilə Azərbaycan arasındakı əlaqələrin əhəmiyyətini vurğulayıb.
Onun sözlərinə görə, Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq təkcə ortaq tarixin və mədəniyyətin deyil, həm də ortaq gələcəyin təminatıdır.
“Bizim üçün Azərbaycanın müstəqilliyi təkcə qardaş dövlətin milli günü deyil, həm də bütün Türk dünyası üçün ortaq qürur mənbəyidir. Qardaş Azərbaycan xalqını Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edirəm; şəhidlərimizi rəhmətlə, qaziləri minnətdarlıqla yad edirəm. Qoy Azərbaycanın müstəqilliyi əbədi olsun, bayrağı səmalarda daim dalğalansın”, - deyə Destici ifadə edib.
Aİ Nümayəndəliyi: Qoy Müstəqilliyin Bərpası Günü Azərbaycana qürur, sevinc, rifah gətirsin
Güngör Yavuzaslan: Türkiyə-Azərbaycan qardaşlığı türk dünyasının lokomotividir
Britaniya səfiri: Azərbaycanla tərəfdaşlığın qarşıdakı illərdə daha da möhkəmlənməsini arzulayıram
Niderlandın Azərbaycandakı səfirliyi Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib