Müdafiə Nazirliyinin rəhbərliyi genişmiqyaslı təlimlərin keçirildiyi bölgədəki hərbi hissəyə gələrək ümummilli liderimiz Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edərək, hərbi hissənin ərazisində ucaldılmış büstü önünə gül dəstələri qoyub.
Nazirliyin mətbuat xidmətindən bildiriblər ki, sonra nazir, general-polkovnik Zakir Həsənov qoşun növlərinin komandanları, birlik komandirləri və müvafiq vəzifəli şəxslərin ümumqoşun əməliyyatlarının aparılması zamanı fəaliyyətlərin təşkili üzrə qəbul edilən qərarlara dair məruzələrini dinləyib. Əsas diqqət mürəkkəb dağlıq relyef və radioelektron mübarizə şəraitində kəşfiyyat, maskalanma, istehkam, atəşlə zərərvurma və digər döyüş təminatı məsələlərinə yönəldilib.
Qarşılıqlı fəaliyyətin səmərəliliyinin artırılması, döyüş tapşırıqlarının aydınlaşdırılması, vəziyyətin qiymətləndirilməsi və qərarın məruzəsindən sonra qoşunların idarə olunması üzrə müvafiq göstərişlər verilib.
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin 13-cü üçtərəfli görüşü keçirilib
Anar Eyvazov: "Birliyin Gücü – 2026" birgə hərbi təlimində 3570 nəfərdən çox hərbçi iştirak edir
Azərbaycan – Rusiya arasında hərbi sahədə əlaqələrin inkişaf istiqamətləri müzakirə olunub