Ordu quruculuğunun elmi əsaslarla, elmi-texniki yeniliklərin tətbiqi ilə inkişaf etdirilməsi yollarının araşdırılması məqsədilə Silahlı Qüvvələrin Hərbi Akademiyasında “Elm və tədrisin vəhdəti: nəzəriyyədən praktikaya” mövzusunda elmi-praktiki konfrans keçirilib.
Tədbirdə Müdafiə Nazirliyinin müvafiq idarələrinin və xüsusi təyinatlı təhsil müəssisələrinin nümayəndələri iştirak ediblər.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, çıxış edənlər hərb elminin inkişafı, hərbi-texniki nailiyyətlərin tətbiqi və görülməsi zəruri olan tədbirlərdən danışıblar.
Hərbi elmi nailiyyətlərin praktikaya tətbiqi istiqamətində mövcud problemlərin sistemləşdirilməsi, aradan qaldırılması ilə bağlı təşkil edilən konfransın xüsusi təyinatlı təhsil müəssisələrində davam etdiriləcəyi bildirilib.
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin 13-cü üçtərəfli görüşü keçirilib
Anar Eyvazov: "Birliyin Gücü – 2026" birgə hərbi təlimində 3570 nəfərdən çox hərbçi iştirak edir
Azərbaycan – Rusiya arasında hərbi sahədə əlaqələrin inkişaf istiqamətləri müzakirə olunub