Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Qvineyanın xarici işlər, beynəlxalq əməkdaşlıq, afrikalıların inteqrasiyası və xaricdəki qvineyalılar üzrə naziri Morissanda Kuyate ilə görüşüb.
“İki sahil” xəbər verir ki, görüş Münxen Təhlükəsizlik Konfransı çərçivəsində baş tutub.
Bildirilib ki, görüş çərçivəsində iqtisadiyyat, ticarət, təhsil sahələrində əməkdaşlıq potensialı, həmçinin BMT, İƏT, Qoşulmama Hərəkatı da daxil olmaqla beynəlxalq platformalar çərçivəsində qarşılıqlı fəaliyyətin davam etdirilməsi müzakirə olunub.