Rumıniya Prezidenti Klaus İohannis fevralın 12-də istefa verəcəyini bəyan edib.
“İki sahil” xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
K.İohannisin prezident səlahiyyətləri seçkilərin ləğvi fonunda dekabrın 21-də başa çatıb. Rumıniyanın müxalifət partiyaları bu gün parlamentdə onun impiçmenti məsələsini qeydiyyata almağı planlaşdırırdılar.
Ölkədə prezident seçkiləri mayın 4-nə təyin edilib.
Daha əvvəl K.İohannis istefa verməyəcəyini bəyan etmişdi.
Rusiya, Ukrayna və ABŞ nümayəndələri yanvarın 23-də BƏƏ-də görüşəcəklər - Zelenski
İspaniyada iki qatarın relsdən çıxması nəticəsində həlak olanların sayı 45-ə çatıb
Rusiya ilə Gürcüstan arasında siyasi dialoq üçün hələlik əsaslar yoxdur - Zaxarova