05 fevral 2025 12:14
72

İrəvan meriyasında əməliyyat keçirilib, saxlanılanlar var

Hüquq-mühafizə orqanları İrəvan meriyasının bir neçə əməkdaşını saxlayıb.

“İki sahil” Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə meriyanın mətbuat katibi Ayk Kostanyan sosial şəbəkələrdə məlumat yayıb.

O, səbəblər və cinayət işi barədə məlumat verməyib və Antikorrupsiyaya Komitəsinə müraciət etməyi tövsiyə edib.

Antikorrupsiyaya Komitəsinin mətbuat katibi Marina Ohancanyan bildirib ki, işlə bağlı araşdırmalar aparılır.