05 fevral 2025 14:49
85

NATO üzrə tərəfdaş ölkənin bu cür sanksiyaları müttəfiqlik ruhuna ziddir - Hakan Fidan

Türkiyə yaxın vaxtlarda ABŞ-nin yeni administrasiyası ilə qarşıdakı dövrdə ikitərəfli münasibətlərin inkişafı məsələsini müzakirə etmək niyyətindədir.

“İki sahil” xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan “Anadolu” agentliyinə bildirib.

Onun sözlərinə görə, əvvəlki hakimiyyətlə danışıqlarda Ankara ikitərəfli gündəliyin onun üçün vacib olan məsələləri ilə bağlı müəyyən irəliləyişə nail olub.

"Lakin CAATSA qanunu çərçivəsində tətbiq edilən sanksiyaların ləğvi bizim üçün əsas məsələlərdən biri olaraq qalır və bu, hələ də həll olunmayıb. NATO üzrə tərəfdaş ölkənin bu cür sanksiyaları müttəfiqlik ruhuna ziddir", - deyə o bildirib.

H.Fidanın sözlərinə görə, yeni administrasiya ilə danışıqlar təxminən martda, hökumət tam formalaşandan sonra başlayacaq.

"Türkiyə artıq hazırlıq görür, hökumətin münasibətlərin gələcək inkişafı ilə bağlı öz baxışı var", - o qeyd edib.