05 fevral 2025 13:52
87

Marko Rubionun dünyanın çoxqütblü olması ilə bağlı bəyanatı...

ABŞ dövlət katibi Marko Rubionun dünyanın çoxqütblü olması ilə bağlı bəyanatı Moskvanın mövqeyi ilə üst-üstə düşür və alqışlanır.

“İki sahil” Rusiya mediasına istinadla xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

“Əlbəttə, bu, bizim anlayışımıza, baxışımıza və prezidentimizin baxışına uyğundur. Bəli, biz bu cür bəyanatları alqışlayırıq", - deyə, Peskov müvafiq suala cavab verib.

Rubio bir müddət əvvəl bəyan etmişdi ki, Vaşinqton Ukraynada “dalana dirənmiş münaqişənin” əvəzini ödəyir. O, həmçinin Vladimir Zelenskini işlərin real vəziyyətini qəbul etməyə çağırıb.

O, Ukraynanın Rusiya ilə münaqişəyə görə 100 il geriyə atıldığını da qeyd edib.