Ombudsman Səbinə Əliyeva bələdiyyə seçkilərində səs verib.
“İki sahil” xəbər verir ki, Ombudsman 23 saylı Nəsimi-Səbail seçki dairəsinin 13 saylı seçki məntəqəsində səs verib.
S.Əliyeva səsvermə hüququndan istifadədən sonra səsvermə prosesini müşahidə edib.
Qeyd edək ki, səsvermə saat 19:00-a qədər davam edəcək.
Seçkilər ölkə ərazisindəki 118 seçki dairəsini əhatə edən 5 min 846 məntəqədə keçirilir. 685 bələdiyyənin 8 min 71 üzvü üçün 16 min 92 namizəd mübarizə aparır.
Mərkəzi Seçki Komissiyasının (MSK) məlumatına əsasən, bələdiyyə seçkilərində səsvermə hüququ olan 5 milyon 961 min 987 seçici var.
Rusiya mediası Prezident İlham Əliyevin Şuşa Qlobal Media Forumundakı çıxışını geniş şəkildə işıqlandırıb
Milli Məclisin növbədənkənar sessiyasının son iclasında 26 məsələ müzakirə ediləcək
Şuşa Qlobal Media Forumu: Yeni çağırışların, dünya gündəminin müzakirəsi üçün nüfuzlu platforma
Prezidentin köməkçisi Hikmət Hacıyev Şuşada Suriyanın informasiya naziri ilə görüşüb