Azərbaycan 1990-cı illərin əvvəllərində Ermənistanın təcavüzü və ondan sonra otuz ilə yaxın müddətdə ölkəmin ərazilərinin işğalı zamanı törətdiyi kütləvi vəhşiliklərin, digər cinayətlərin araşdırılması və mühakimə olunması üçün konkret addımlar atıb.
“İki sahil” xəbər verir ki, bu fikirlər Azərbaycan Respublikasının Birləşmiş Millətlər Təşkilatı yanında daimi nümayəndəsi Tofiq Musayevin BMT Baş Assambleyasının "silahlı münaqişə şəraitində insan ləyaqətinin qorunması: beynəlxalq humanitar hüquq normalarına riayət olunmasına yardım" mövzusunda bugünkü qeyri-rəsmi interaktiv dialoqda çıxışında yer alıb.
Tofiq Musayev qeyd edib ki, ciddi qanun pozuntularının inkarı və məhəl qoyulmaması, mətbuatda, parlamentlərdə, beynəlxalq təşkilatlarda dezinformasiya və qarayaxma kampaniyaları vasitəsilə ədaləti gözdən salmaq və bununla da ədalətə mane olmaq cəhdləri ilə birlikdə beynəlxalq hüquqa və qanunun aliliyinə açıq hörmətsizlikdir.
Rusiya mediası Prezident İlham Əliyevin Şuşa Qlobal Media Forumundakı çıxışını geniş şəkildə işıqlandırıb
Milli Məclisin növbədənkənar sessiyasının son iclasında 26 məsələ müzakirə ediləcək
Şuşa Qlobal Media Forumu: Yeni çağırışların, dünya gündəminin müzakirəsi üçün nüfuzlu platforma
Prezidentin köməkçisi Hikmət Hacıyev Şuşada Suriyanın informasiya naziri ilə görüşüb