Prezident İlham Əliyev nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədə Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin icrası zamanı ölkəmizin üzləşdiyi çətinliklərdən danışıb.
“İki sahil” xəbər verir ki, dövlətimizin başçısı bununla bağlı deyib: “Biz bu layihəni icra etmək istəyəndə böyük müqavimətlə üzləşmişdik. Onu indi mən deyə bilərəm. Xüsusilə Amerika Birləşmiş Ştatları buna etiraz edirdi. Səbəb yenə də ermənipərəst siyasətlərində idi. Çünki hesab edilirdi ki, bu layihə Ermənistanı kənarda qoyur. Buna görə ovaxtkı Gürcüstan rəhbərliyinə Amerika dövləti tərəfindən çox ciddi təzyiq göstərilmişdi ki, Gürcüstan buna razılıq verməsin. Biz bir neçə il Gürcüstan tərəfi ilə danışıqlar aparmışdıq və nəhayət razılığa gələ bildik”.
Rusiya mediası Prezident İlham Əliyevin Şuşa Qlobal Media Forumundakı çıxışını geniş şəkildə işıqlandırıb
Milli Məclisin növbədənkənar sessiyasının son iclasında 26 məsələ müzakirə ediləcək
Şuşa Qlobal Media Forumu: Yeni çağırışların, dünya gündəminin müzakirəsi üçün nüfuzlu platforma
Prezidentin köməkçisi Hikmət Hacıyev Şuşada Suriyanın informasiya naziri ilə görüşüb