Milli Məclisdə ölkədəki dini durumla bağlı ictimai müzakirə və dinləmələr keçiriləcək.
“İki sahil” xəbər verir ki, parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin yaz sessiyası üzrə İş planına əsasən, sessiya müddətində altı dinləmənin keçirilməsi nəzərdə tutulur.
İctimai dinləmələr ictimai birliklərin və siyasi partiyaların mövcud durumu, ölkədəki dini durum, dini abidələrin vəziyyətinə həsr ediləcək.
Həmçinin komitə vətəndaş cəmiyyəti institutlarının Qərbi Azərbaycana qayıdış mövzusunu beynəlxalq platformalara daşıması məsələləri, işğaldan azad edilmiş ərazilərdəki dini abidələrin durumu, bərpası ilə bağlı qarşıya çıxan problemlər və həqiqətlərin beynəlxalq ictimai rəyə çatdırılması imkanlarının müvafiq komitələrlə birgə ictimai müzakirəsini də plana daxil edib.
Komitənin bugünkü iclasında müzakirəyə çıxarılan İş planı qəbul olunub.
Sahibə Qafarova Böyük Britaniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri ilə görüşüb
Azərbaycan Milli Məclisinin sədri ilə Pan-Afrika Parlamentinin prezidenti arasında videokonfrans formatında görüş olub
AIDA ilə Beynəlxalq Gözdən Əlillər İdman Federasiyası arasında anlaşma memorandumu imzalanıb