Görüşdə Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin Bakıya səfəri və Prezident İlham Əliyevlə keçirilən görüşün nəticələri, eləcə də Azərbaycan-Gürcüstan iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın 10-cu iclasında əldə olunan razılaşmalar ətrafında fikir mübadiləsi aparılıb.
Tərəflər dövlət başçılarının açıqlamalarının iki ölkə arasında strateji tərəfdaşlığın gücləndirilməsi üçün yeni imkanlar yaratdığını vurğulayıblar. Eyni zamanda, birgə komissiyanın iclasında müzakirə olunan məsələlərin əhəmiyyəti qeyd edilib.
T.Rijvadze Gürcüstanın Bakıdakı səfirliyi üçün yeni binanın inşası məqsədilə geniş ərazinin ayrılmasını yüksək qiymətləndirib.
F.Əzizov isə bildirib ki, Azərbaycan və Gürcüstan daim bir-birinin yanında dayanır və dövlət başçılarının şəxsi dostluğu ikitərəfli münasibətlərin möhkəmlənməsinə böyük töhfə verir.
Baş konsul Batumi meri Arçil Çikovani ilə keçirdiyi görüşdə Naxçıvan və Batumi arasında qardaşlıq münasibətlərinin genişləndirilməsinin vacibliyini vurğulayıb. Tərəflər qarşılıqlı səfərlərin artırılması və iqtisadi əlaqələrin inkişafı barədə razılığa gəliblər.
Batumi meri Azərbaycan şirkətlərinin şəhərin inkişafındakı rolunu yüksək dəyərləndirib. Fuad Əzizov isə Batumi və Naxçıvan arasında dostluq və əməkdaşlıq nümunəsinin digər şəhərlərə də yayılmasının vacibliyini qeyd edib.
Eyni zamanda Baş konsul Batumidəki “Botanika Bağı” ilə Azərbaycanın “Mərkəzi Nəbatat Bağı” arasında əməkdaşlıq və təcrübə mübadiləsinin önəmini vurğulayıb.
Görüşlər zamanı qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunub.
“Report”
Mask ABŞ-ın təkpartiyalı dövlətə çevrilmək təhlükəsi ilə üzləşdiyini bəyan edib
Almaniyada metallurgiya və elektrotexnika sahələrində minlərlə iş yerinin itirilməsi proqnozlaşdırılır
Polşa Cənubi Koreyanın reaktiv yaylım atəş sistemləri üçün raket istehsal edəcək